Aleyna üsyan etdi - "Mənə silah verin"

Türkiyəli müğənni Aleyna Tilki pərəstişkarı onun evini taparaq qapısının önünə getdiyi üçün şikayətçi olmuşdu.
BAKU.WS "axşam.az"a istinadən xəbər verir ki, Muhammed Erkam Akman adlı şəxs polis tərəfindən nəzarətə alındıqdan sonra sərbəst buraxılıb.
Bu səbəbdən evini dəyişən müğənni Tvitter hesabında üsyan edib:
"Məni təhdit edən, rahatlıqla evimə girən adama cəza verin, ya da mənə silah verin. Evdə yatanda da cangüdənlə yata bilmərəm. Mənim də həyatım var. Evimə balta ilə gəlməklə hədələyən adam yeni evimi tapa bilmədiyi müddət sərbəst gəzəcək? İş mənə qaldı? Mənə qalıbsa, o balta ilə edə biləcəklərimi demək istəmirəm".
Oxşar xəbərlər
Türkiyə yaşayan azərbaycanlı müğənninin gecə həyatı - VİDEO
Yeni klipindəki açıq-saçıq obrazı ilə tənqidlərə məruz qalan müğənni Sevinc Ağaşirinova indi də gecə həyatı ilə gündəmə gəlib.BAKU.WS xəbər verir ki, səs-küyə s...
