Şakira türk çıxdı
Şakira türkdür. ANS PRESS-in məlumatına görə, bu iddianı Türkiyənin Erciyes Üniversitetinin tarix fakültəsinin elmi işçisi Gökhan Bolat səsləndirib. Onun sözlərinə görə, Argentinanın keçmiş dövlət başçısı, "El Turko" ləqəbli Karlos Menem və dünyanın ən varlı adamı seçilən Karlos Slimin kökləri də Osmanlıya dayanır.
"Köç edənlərin Osmanlı sənədi olub"
Onun sözlərinə görə, Latın Amerikasında yaşayan və Los Turkos olaraq bilinən toplum 1840-1951-ci illər arasında Osmanlı imperiyası və Türkiyə Cumhuriyyətindən köç edib.
"Los Turkos" sözünün ispan dilində mənası "türklər" deməkdir. "Bu ifadədən 1840-cı ildən etibarən Latın Amerikasına köçən fərqli etnik və dini qruplardan olan bütün Osmanlı vətəndaşlarını seçmək üçün istifadə edilib. Köç edənlərin yanlarında osmanlı sənədləri var idi və buna görə də qeydiyyata "Los Turkos" yəni "türklər" kimi düşüblər.
Köçlər əsasən iki mərhədə olub. 1840-1890-cı illər və 1890-1951-ci il. Gökhan Bolatın sözlərinə görə, bu insanlar əsasən iqtisadi çətinliklərlə bağlı olaraq ölkələrini tərk ediblər. İlk zamanlarda kiçik işlərdə çalışan türklər sonradan bütün dünya tərəfindən tanınan insanlar halına gələ biliblər.
2007, 2010 və 2011-ci illərdə "Forbes" jurnalı tərəfindən dünyanaın ən varlı insanı olaraq seçilən meksikalı iş adamı Karlos Slim, 1989-1999-cu illərdə Argentinaya rəhbərlik edən və o zaman "El-Turko" ləqəbi ilə tanınan Karlos Menem, dünyanın məşhur müğənnisi Şakira bunun ən tanınmış nümunələridir. Lazırda latın Amerikası ölkələrində nazirlik səviyyəsində post tutan kifayət qədər "Los Turkos" da var".
BAKU.WS
Oxşar xəbərlər
Şəkidə iki uşaq atası intihar edib
Şəkidə iki uşaq atası intihar edib. Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, hadisə aprelin 15-də axşam saat 18.00 radələrində Şəki şəhəri, İ...