Ağır xəstəlikdən əziyyət çəkən aktyor yığılan puldan imtina etdi - VİDEO

Ağır xəstəlikdən əziyyət çəkən aktyor yığılan puldan imtina etdi - VİDEO
Video
Şou-biznes 586

Qaraciyər sirrozundan əziyyət çəkən Elvin Ağayev əməliyyatı üçün yığılan puldan imtina etmək istəyib.

BAKU.WS xəbər verir ki, o, toplanılan 50 min dolları “Səni axtarıram” verilişinə pənah gətirən uşağın müalicəsinə verəcəyini deyib:

"Mənim 36 yaşım var. Neçə-neçə bayramlar görmüşəm. Xarici ölkələr gəzmişəm. Amma xəstəliklərdən əziyyət çəkən körpələr heç nə görməyiblər. Mənimki bura qədər imiş. Bu pulu təqdim edirəm Ceyhuna. Qoy, o uşaq yaşasın.

Bu mənim içimdən gəlir. Pulun tam yığıldığını biləndə, özünüz də evdəki çığırtımın şahidi oldunuz. 15 saniyəyə bütün qonşular bizim həyətə toplaşdılar. Süfrələr açıldı, çaylar içildi. Hətta rayondan belə qonaqlar gəldi. Onlar gecə saatlarına qədər oturdular. Hamı gedəndən sonra mən tək qaldım”.

Lakin Ceyhunun ailəsi bu pulu qəbul etməyib.

Ətraflı videoda:

Son xəbərlər