Afətin həcisinin yalanı ortaya çıxdı - müğənni evlənməkdən imtina etdi - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Müğənni Afət Fərmanqızı vətəndaş nikahı ilə bərabər olduğu və rəsmi nikaha girməyə hazırlaşdığı Hacı Romadan ayrılıb.
BAKU.WS xəbər verir ki, ifaçı lent.az-ın canlı yayımında bu barədə danışıb.
O, vaxtilə oliqarxdır, iş adamıdır, böyük biznesmen adlandırdığı həcisinin əslində işsiz-gücsüz biri olduğunu və bu səbəbdən ayrıldığını açıqlayıb:
"Mən ayrıldım. Səbəbi də budur ki, insan qazancı ilə xərcini bilmirdi. Kasıbçılıq ayıb deyil. Nolsun ki, mənim gəlirim onun qazancından qat-qat artıq idi. Sən bu gün pul qazanmısansa, axşam gedib 300 manatlıq qəlyan çəkə bilməzsən. Bu mənim həyat tərzimə uyğun deyil.
Mən gedib rayonlarda-kəndlərdə tozun-torpağın içində əziyyə çəkib, oxuyub pul qazanıram, o isə bahalı həyat yaşayır və heç bir iş görmürdü. Mən də baxdım ki, bu iş görən adama oxşamır".
Xatırladaq ki, jurnalist Sara Səfurə Hacı Romanın (Ramal Hüseynov) alfons olduğunu və qadınların hesabına yaşadığını ictimailəşdirmişdi. Bu səbəbdən hazırda tərəflər arasında məhkəmə çəkişməsi gedir. Hacı Roma jurnalistdən 50 min manat təzminat tələb edir.
Oxşar xəbərlər
İntihar etdiyi deyilən 3 ayın gəlininin anası: "Qızımı əri döyüb öldürüb" - VİDEO
Füzuli rayonu, Horadiz qəsəbəsində intihar etdiyi bildirilən riyaziyyat müəlliməsi Afət Şahverdiyevanın ailəsi onun qətlə yetirildiyini iddia edir. Mərhumun val...