Afət Fərmanqızı məhkəməyə verildi

10
mar
2022
08:34
Müğənni Afət Həsənova (Fərmanqızı) barəsində xüsusi ittiham qaydasında şikayət olunub.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, Binəqədi Rayon Məhkəməsinə daxil olan şikayətdə müğənninin Cinayət Məcəlləsinin 147-ci (böhtan) maddəsi ilə ittiham olunması tələb edilir.
Şikayəti hakim Mahirə Kərimova araşdıracaq.
Qeyd edək ki, Afət Fərmanqızı kimi tanınan müğənni Ukraynada tutularaq Azərbaycana gətirilən iş adamı Maqsud Mahmudovun cinayət işi üzrə zərərçəkmiş qismində tanınıb.
Müğənni ötən həftə məhkəmədə ifadə verib.
Oxşar xəbərlər
Həsənağa Turabovla eşq yaşadı, əri ona alınan maşını İlhamə Quliyevaya bağışladı, övladlığa uşaq götürdü...
BAKU.WS Kulis.az-a istinadən böyük sənətkar, estrada musiqilərinin əvəzolunmaz ifaçısı, Xalq artisti Flora Kərimova haqqında maraqlı faktları təqdim edir. Flora...
