Afaq Aslan: “Siz məni 50 minə toya gətirib, sonra da 1 milyon verib, soyundurmaq istəyirsiniz” (FOTO)

Afaq Aslan: “Siz məni 50 minə toya gətirib, sonra da 1 milyon verib, soyundurmaq istəyirsiniz” (FOTO)
Şou-biznes 36273

Qalmaqallı açıqlamaları ilə hər zaman diqqət mərkəzində olan müğənni Afaq Aslan növbəti dəfə nəzərləri öz üzərinə çəkə bilib.

BAKU.WS xəbər verir ki, ifaçı ölkə.az-a müsahibəsində növbəti  daima qalmaqallı açıqlamaları və açıq-saçıq geyimləri ilə gündəmə gəlib.

Afaq Aslanla müsahibəni təqdim edirik:

- Niyə daha çox qalmaqallı müğənni kimi tanınırsınız?

- Ona görə ki, məni gözü götürməyənlər həddindən artıq çoxdur. Afaq yekə bir daş olub hamısının təpəsinə düşüb. Məni rəqib görənlər həddindən artıq çoxdur, amma mən heç kimi  özümə rəqib görmürəm.

- Həmçinin ifanızdan daha çox açıq-saçıq geyimlərinizlə gündəmə gəlirsiniz...

-  Əslində mahnılarım da çoxdur, yetəri qədərdir. Açıq-saçıqlığa gəldikdə isə burada nə var ki?! Hansısa geyimin mənə yaraşdığını görürəm və geyinirəm. Deməli, mənim xarici görkəmim insanlarda daha çox maraq yaradır.

- Bəs ailəniz açıq-saçıq geyinmənizə nə deyir?

- Onlar bunu normal qarşılayırlar. Balaca vaxtından ürəyim istəyəni geyinirən, məni belə görməyə alışıblar. Ancaq kim bilir, bir də gördünüz ki, Afaq çadraya keçdi (gülür).

- Sizdən hansısa xəbər verəndə saytların istifadə etdiyi fotonuz Qar qız obrazındakı foto idi. Qar qız "Şaxta babanı” tapa bilib?

- "Şaxta baba” məni tapdı desək, daha doğru yanaşmış olarıq. Mən şaxta babaların arzusunda olan qar qızam.

- Maraqlıdır, "Şaxta baba” nəçidir?

- Biznesmendir.

- Sevgililəriniz əsasən hansı peşənin sahibi olurlar?

- Əlbəttə ki, biznesmen. Özlərinin şəxsi biznesləri olur.

- Bəs sənətçilərdən sizinlə sevgili olmaq istəyən olub?

- Nəinki sevgili, hətta evlilik təklifi edən belə olub. Bunlardan əlavə məmurlardan da az sevgi təklifi gəlmir. Neçəsi qapımda gözləyib. Yüksək rütbəlilər və məmurların maraq dairəsində olan biriyəm. Çoxlarının arzuladığı, lakin onlar üçün əlçatmaz olan biriyəm.

- Bu qədər biznesmen sevgilin olub. Arzulayıb həyata keçməyən arzunuz varmı?

- Şəxsi təyyarəmin olması ən böyük arzumdur. Hansısa xarici ölkəyə uçanda hər kəslə birgə uçmayım, adiləşməyim deyə…

- Nədən ehtiyatlanırsınız?

- Çevrəmdən daima ehtiyat etmişəm. Hər kəsə dost demərəm.  Arxadan çox vurulmuşam. Elə insandan elə bir zərbə görürsən ki, dəhşətə gəlirsən. Müğənni tayfası ilə dostluq etmək olmaz.

- Müsahibələrinizin birində yalnız Burak Özçivitlə erotik filmə çəkilmək istədiyinizi demişdiniz...

- O, mənim ideal kişi obrazımdır. Burak Özçivitlə bütün erotik səhnələrə belə çəkilərəm. Ancaq ondan başqası ilə heç vaxt…

- İdelal kişi obrazı dedikdə nəyi nəzərdə tutursuz?

- İdela kişi odur ki, xanımını ovucunun içində saxlamağı bacarmalıdır. Mənim kimi adamın yükünü qaldırmaq elə də asan deyil. Sevdiyim insan məni hər şeylə təmin etməyəcəksə, o zaman nəyimə lazımdır? Həyatımda sevmədiyim insan olub, inanın ki, mənə  yalvarıb. Deyib, sənə ev alıram, maşın alıram, obyekt hədiyyə edirəm, ürəyin istəyən hər şeyi verirəm sadəcə mənə "hə” de. Yox demişəm ona...

- Neçə dəfə sevmisiniz?

- Beş-altı dəfə... İlk sevdiyim şəxslə  də evləndim.

- Münasibətiniz pis olduğu müğənnilər var?

- Var, hətta elə müğənni var ki, eyni efirə çağırıblar, ağlaya-ağlaya çıxıb deyib ki, mən Afaqla eyni efirə çıxmaq istəmirəm.

- Yaradıcılığınızın ikinci planda qalmasına səbəb nədir?

- Xarici görkəmim ifamı geridə qoyur. Yeni mahnılar, yeni layihələr üzrə işləyirəm, ancaq sabah bu mahnılarla, layihələrlə yanaşı bir fotosessiya etdirsəm, mahnılarım kənarda qalacaq, hamı bu fotolardan danışacaq. Onu da deyim ki, bu sənətə başlayanda hobbi olsun deyə başlamışdım.

- "1 milyona soyunaram” - demişdiniz. Yəqin ki, 50 minə də toya gedərsiz?

- Niyə də yox... Deyəsən, siz məni 50 minə toya gətirib, toydan sonra da 1 milyon verib soyundurmaq istəyirsiniz (gülür).

- Toylara çox getmirsiniz, çağıran yoxdur?

- Müğənni əlçatmaz olmalıdır. Hər pulu olan müğənnini gətirib toyunda oxutmamalıdır. Mənim anlayışım belədir. Toylara demək olar ki, getmirəm. Az-az gedirəm və onları da özüm seçirəm. Toya neçəyə getdiyimi isə demək istəmirəm.

- Yaxın gələcək üçün planlarınız necədir?

-Yeni mahnılar, layihələr üzərində çalışıram. Yaxın günlərdə partlayış edəcəyəm. Ümumi olaraq soruşursunuzsa, Türkiyə şou-biznesinə qatılmaq fikrim var. Həm də orada biznes qurmaq istəyirəm.

- Gözəlliyinizə vurğunsunuz, bəs özünüzü 50 yaşında necə təsəvvür edirsiniz, ümumiyyətlə, bu sizdə kompleks yaradır?

- Mən 50 yaşından da daha tez bu sənətdən gedəcəyəm. "Biznes ledi” olacağam. Əslində, restoranım var idi. Amma alınmadı, bağladım. Çox ziyana düşdüm...

BAKU.WS

 

Oxşar xəbərlər

Son xəbərlər