Afaq Aslan əsəbləşdi: "Gecə-gündüz evli kişilərin qucaqlarından düşmürlər"

Afaq Aslan əsəbləşdi: Gecə-gündüz evli kişilərin qucaqlarından düşmürlər
Şou-biznes 4697

Əməkdar artist Lalə Məmmədova ilə müğənni Afaq Aslan arasında sosial şəbəkədə qalmaqal yaşanıb.

BAKU.WS-in məlumatına görə, L.Məmmədova A.Aslanın şəklinin altına  "Xahiş edirəm müğənni adına ləkə gətirməsinlər, mahnı ortaya qoysunlar, arxalarını yox!” şərhini yazıb. A.Aslan isə onun bu sözlərinə bu gün cavab verib: "Mənim haqqımda rəy bildirməyə çalışan şou nümayəndələri, hərə getsin öz işi ilə məşğul olsun. Hərə getsin özünə və keçmişinə nəzər salsın, daha sonra mənim haqqımda rəy yazsın. İlk öncə sənətə gəlmək üçün keçdiyi keşməkeşli yolları nəzərə salsın, ondan sonra mənim haqqımda danışa bilsin. Namusdan, qeyrətdən xəbərsiz, xəbəri olmayan elə namusu əlində bayraq edir. Kimdə nədən yoxdur, hər zaman ondan danışır. Mənə sataşmaqla özlərinə reklam qazanmaq istəyirlər. Mənim geyim tərzimin kimə istisi, soyuğu var? Bacarırlarsa, özləri geyinsinlər. Amma qorxurlar ki, artıq çəkiləri, qat-qat sallanan qarınları görsənər. Gecə-gündüz evli kişilərin qucaqlarından düşmürlər, daha sonra evli kişidən uşaq dünyaya gətirirlər, daha sonra camaata dərs keçmək iddiasına düşürlər. Haqqımda danışan hər bir kəsə cavab verəcək sübutlarım var. Ağızlarına yiyəlik eləsinlər. Yoxsa… Elə burada saxlayım. Çünki ağzımı açsalar, açacam sandığı, tökəcəm pambığı”.

BAKU.WS

Son xəbərlər