Acunun qızı Leyla məzun oldu - FOTO

Türkiyəli prodüser Acun Ilıcalının qızı Leyla Ilıcalı orta məktəbi bitirib.
BAKU.WS xəbər verir ki, o, bu haqda sosial şəbəkə hesabında bildirib. Ilıcalı övladının xoş günündən lentə alınan görüntüləri 13.6 milyon izləyicisi olan instaqram hesabında yayımlayıb.
Ilıcalı qızı Leyla ilə olan fotolarına "Canım qızım böyüyüb də məzun olub" sözlərini əlavə edərək onu orta məktəbi bitirməsi münasibətilə təbrik edib.
Qeyd edək ki, Acun Ilıcalının ilk həyat yoldaşından Banu adlı qızı var. O, birinci həyat yoldaşından ayrılaraq 2003-cü ildə Zeynep Yılmazla evlənib. Leyla Acunun ikinci evliliyindən dünyaya gəlib. 2016-cı ildə Zeynepdən də ayrılan Ilıcalı daha sonra Şeyma Subaşı ilə evlənib. Onun bu evlilikdən Melisa adında qızı dünyaya gəlib.
Qalereya
Oxşar xəbərlər
Acundan boşanan Şeyma qızına böcək yedirtmək istədi - VİDEO
Bu yaxınlarda Acun İlicalı ilə boşanması ilə diqqət mərkəzində olan model Şeyma Subaşı sosial mediada paylaşımı ilə yenidən gündəmə gəlib.BAKU.WS xəbər verir ki...
