"Acemi Cadı"nın aktrisası görünüşü ilə gündəmə gəldi - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
2006-2007-ci illərdə yayımlanan "Acemi Cadı" serialında "Rüya" obrazını canlandıran İrem Erkaya son görünüşü ilə gündəmə gəlib.
BAKU.WS Türkiyə mediasına istinadən xəbər verir ki, aktrisalığa davam edən Erkayanın son halını görənlər onları tanımaqda çətinlik çəkib.
45 yaşlı aktrisa saçlarını serialdakı kimi qısa formada saxlasa da, qırmızı saçlarını qara rəngə boyayıb.
İrem Erkaya, "Yılan Hikayesi", "Zeybek", "Düğün Şarkıcısı" ve "Hayat Bilgisi" kimi ekran işlərində rol alıb.
Qeyd edək ki, "Acemi Cadı" serialında Merve Boluğur, Çağkan Çulha, Nergis Kumbasar kimi məşhurlar çəkilib.
Qalereya
Oxşar xəbərlər
"Barbie Gamze"nin son halı hər kəsi təəccübləndirdi - FOTO
2003-2006-cı illərdə yayımlanan Türkiyənin reytinqli layihələrindən olan "Hayat bilgisi" serialının aktrisası, "Barbie Gamze" obrazını canlandıran İpek Erdemin...