VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ebru Şallı sosial şəbəkə hesabında aprel ayında dünyasını dəyişən oğlu Parsın ad günü münasibəti ilə təbrik edib.
BAKU.WS xəbər verir ki, “Sənin üçün çox darıxıram” deyən Ebru paylaşımı ilə hər kəsi duyğulandırıb. Qeyd edək ki, Ebrunun Harun Tan ilə evliliyindən dünyaya gələn 9 yaşlı oğlu xərçəngdən vəfat edib. O, paylaşımına daha sonra bu sözləri əlavə edib:
“Ponçikim mənim, səni çox sevirəm. Oğlum olduğuna görə, səni dünyaya gətirdiyimə görə sevinirəm. Mənə yaşatdığın hər anına görə, sənə minnətdaram. 9 il mələklə yaşadım. Əsl mələyin necə nəfəs aldığını gördüm. Anan səni çox sevir, mələyim, ad günün mübarək! Səninçün sözlə ifadə edilməyəcək qədər çox darıxıram. Görüşəcəyik, ponçikim mənim, görüşəcəyik!"
BAKU.WS
QALEREYA