13,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT

 
"Hərdən açın hərbi biletinizə baxın və deyin, mən Tolik qədər də olmadım".
 
BAKU.WS məlumat verir ki, bunu tanınmış prodüser Tolik (Tarix Əliyev) öz İnstagram hesabında cəbhə bölgəsinə getdiyinə görə ona istehza edən "dostlar"ına yazıb. Prodüsser hərbi biletinin fotosunu paylaşan prodüser həmkarlarına sərt cavab verib:
 
"Buradam bəzi özünü "kişi" sayıb mənə hərbini yaraşdırmayan, amma hərbi biletlərində "9b" və ya "neqodnı" olan qaqaşlara səslənirəm. Mənə sizin kimi atam pul verib hərbi bilet almayıb. Siz elə bilirsiniz kişi, kişi deməklə siz kişisiniz? Ona görə hərdən bir açın hərbi biletinizə baxın və deyin - mən Tolik qədər də olmadım. Mən müharibə vaxtı yararlıyam, amma siz yararlı deyilsiz. Kartof soymaq da olmaz sizə əsgərlikdə, o ki qaldı erməni ilə üz-üzə vuruşmaq"-, Tolik əlavə edib. 
 
BAKU.WS