SİZİN REKLAM BURADA!
055 213 76 73


Son zamanlar görünüşündə dəyişiklik etmək istəyib plastik əməliyyata üz tutanların sayında artım müşahidə olunurdu. Karantin günlərində isə bu hal daha da çoxaldı. Toyların, dəvətlərin və efirlərin olmamasından istifadə edən bəzi şou-biznes nümayəndələri də plastik-əməliyyat üçün karantini fürsət bildilər.

BAKU.WS Axşam.az-a istinadla pandemiya dövründə bıçaq altına yatan tanınmışları təqdim edir:

Əməkdar artist Lalə Məmmədova rinoplastikaya müraciət edib. Müğənni burnundakı qüsuru aradan qaldırmaq üçün bıçaq altına uzanıb.

Müğənni Nazənin də karantində əməliyyat masasına uzananlardandır. O, bədənindəki piyləri çıxartdırıb və bədənşəkilləndirməyə müraciət edib.

Əməkdar artist Könül Kərimova isə ikinci dəfə burun əməliyyatı keçirib. Müğənni plastik əməliyyatını gizlətməyə çalışsa da, sosial şəbəkədə yayılan fotosu onun sirrini ortaya çıxarıb.

Aparıcı Aytəkin Mərdanova karantində bədənşəkilləndirmə etdirib. Aparıcı bədənində olan artıq piyləri çıxartdırıb.

Muğam ifaçısı Eldəniz Məmmədov isə tökülən saçlarına çarəni plastik əməliyyatda tapıb. Xanəndə başına saç əkdirib. O, 11 saat davam edən əməliyyatla anasının arzusunu gerçəkləşdirdiyini söyləyib.

Xalq artisti Aygün Kazımovanın müğənni qızı İlqarə də karantində plastik əməliyyat etdirənlər sırasına daxil olub. O, bədənindəki artıq piyləri çəkdirib.

Aparıcı Lalə Mustafayeva da karantində əməliyyat masasına yatıb. O, lipoşapinq (artıq yağların bir yerdən alınıb başqa nahiyəyə vurulması) etdirib.

Aparıcı Zümrüd Bədəlova isə üz nahiyəsində dəyişikliklər etdirib. O, qaşqaldırma, pişik göz etdirməklə yanaşı, qulaqlarının formasını da dəyişdirib.

BAKU.WS