SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Türkiyənin TV8 kanalında yayımlanan "O ses çocuklar” musiqi yarışmasına azərbaycalı iştirakçı qatılıb.
 
BAKU.WS məlumat verir ki, Atilla Məmmədov adlı iştirakçı ifası ilə münsifləri heyran edib. 8 yaşlı Atilla səhnədə "Qranada” mahnısını ifa edib. Hər üç münsifi döndərməyi bacaran həmyerlimiz Burak Kutu seçərək yarışmaya onunla davam etmək istədiyini bildirib. 

Daha sonra Burak Kut səhnəyə çıxaraq Atilla ilə "O sole mio” ariyasını səsləndirib. 
 
BAKU.WS