SİZİN REKLAM BURADA!
055 213 76 73


Tanınmış müğənni İbrahim Borçalı faciəvi şəkildə dünyasını dəyişmiş oğlu Rəhimlə bağlı paylaşım edib.

BAKU.WS xəbər verir ki, bu barədə müğənni "İnstagram" səhifəsinə ürək sözlərini yazıb.

İbrahim Borçalı oğlunun bu gün 21 yaşı olmasına baxmayaraq onunla birgə olmamasını ürək ağrısı ilə qeyd edib:

"Oğlum, bu gün 17 avqustda 21 yaşın tamam oldu. 22 yaşına keçdin. Amma yoxsan, sənsiz qeyd edəcəm".

Qeyd edək ki, tanınmış müğənninin övladı Gürcüstanda dostu ilə birgə ağır qəza zamanı həyatını itirib.

1484843
BAKU.WS