"Davay eee" - Əməkdar artist aparıcı ilə dalaşıb efirdən getdi - VİDEO

Davay eee - Əməkdar artist aparıcı ilə dalaşıb efirdən getdi - VİDEO
Video
Şou-biznes 16286

Əməkdar artist Sevinc Əliyeva "Space" kanalında yayımlanan "Hər səhər" proqramında küsüb studiyanı tərk edib.

BAKU.WS axşam.az-a istinadən xəbər verir ki, buna səbəb aparıcı Anar Vaqifoğlunun ona plastik əməliyyatla bağlı ünvanladığı sual olub. Aparıcı israrla aktrisanın ayaqlarında plastik əməliyyat etdirdiyini, hətta yenidən estetik müdaxiləyə hazırlaşdığını deyib.

S.Əliyeva isə bunları şayiə adlandırıb. O bildirib ki, heç vaxt əməliyyata müraciət etməyib:

"Mənim əyri ayaqlarım olmayıb, əməliyyata ehtiyac duymamışam. Düz ayaqlarım var. Hər zaman da qısa geyinmişəm. İndi də heç bir plastik əməliyyat etdirməyi düşünmürəm. Çəkilişlərim var, necə edə bilərəm? Məni boğaza yığdın".

Anar isə onu əməliyyat edəcək plastik cərrahı telefonla efirə bağlayacağını deyib. Aktrisa əsəbləşərək studiyanı tərk edib.

Son xəbərlər