SİZİN REKLAM BURADA!
055 213 76 73


Müğənni Səidə Dadaşova son günlər anası ilə bağlı verdiyi açıqlamaları ilə diqqət çəkib.

BAKU.WS xəbər verir ki, Xəzər TV-nin "5/5" verilişində qonaq olan Səidə atası - mərhum Xalq artisti Rafael Dadaşovun arxiv fotolarını izlədikdən sonra hisslərinə hakim ola bilməyib.

Atası haqqında ürək ağrısı ilə danışan ifaçı anasına olan qəzəbini gizlədə bilməyib.

"Mən heç kimi danmıram. Hamının canı sağ olsun, özü üçün. Milyonların, qadınların xəyallarının kişisi olan atam xoşbəxt olmadı. Atam yalnız onu sevdi... Bir qadını o cür sevdi, amma tək qaldı. Onu sevmədi, istəmədilər. Onun qədrini bilmədilər. Atam ömrü boyu özünü ailəsinə həsr etdi. Pərdə arxasındakıları bilmirsiniz. Bu ailə dağılmamalıydı. Bir var dağıldı, bir də var dağıtdılar", - deyərək göz yaşlarını axıdıb.

Səidə bir neçə gün əvvəl ATV-nin "Ən yaxşısı" proqramında da atasının bir kişi kimi xoşbəxt olmadığını demişdi:

"Atam ölərkən həm anamı, həm atamı itirdim. Mənim atam da, anam da atam olub. Adamı dünyaya gətirməklə deyil ki... Çoxdan anasızlar sırasındayam. Mən anam ola-ola o sıradayam. Eləsi var ki, uşağı dünyaya gətirib, amma balasından xəbəri yoxdur. Onu böyüdən valideyn sayılıb. Məni boya-başa çatdıran, ayaqda saxlayan atamdır. Dünyaya gətirəni danmıram, amma... Anam var, danmıram, Allah canını sağ eləsin". 

Xatırladaq ki, S.Dadaşovanın anası Sədaqət Dadaşova bir neçə il əvvəl Türkiyədə evlənmə verilişinə qatılmışdı.

BAKU.WS
VİDEO