SİZİN REKLAM BURADA!
055 213 76 73



Milyarder Mixail Qutseriyevin oğlunun toyunda çıxış etmək üçün Moskvaya gəlmiş 46 yaşlı amerikalı ulduz Cennifer Lopes Rusiya paytaxtında alış-veriş edib.
 
BAKU.WS-in məlumatına görə, mühafizəçilərin müşayəti ilə Moskvadakı butiklərə yollanan müğənni piştaxtalardakı bütün geyimləri alıb. Azərbaycanlı modelyer Aysel Trudelin "AİZEL” butikinə baş çəkən Ceylo "Michael Kors", "Marc Jacobs" və "Nina Ricci" kimi brendlərin geyimlərini alaraq öz qarderobunu doldurub.

Cennifer Lopes bütün dünyanın moda həvəskarları tərəfindən sevilən "Christian Louboutin" butikinə də baş çəkib. Müğənni dükandan ayaqqabı və iki çanta alaraq çıxıb. "Charlotte Olympia" adlı butikə də baş çəkən Ceylo buradan 5 cüt ayaqqabı və 8 çanta alıb. 

Lopes bir neçə saatlıq gəzintidə 2,5 milyon rubl pul xərcləyib. Dünya ulduzu alış-verişdən sonra "Palazzo Ducale" restoranında şam yeməyi yeyib. 
 
BAKU.WS