Nyu-Yorkda keçirilən "America's Got Talent" yarışmasının azərbaycanlı iştirakçısı Üzeyir Novruzov yeni fotolarını paylaşıb.
 
BAKU.WS-in məlumatına görə, Çarli Çaplinə oxşarlığı ilə seçilən Üzeyirin paylaşdığı yeni şəkillərdə növbəti mərhələyə necə hazırlaşdığı əks olunub. Yarışmadan da şəkillərini paylaşan Üzeyirə sosial şəbəkədə böyük maraq göstərilib. 
 
Qeyd edək ki, Üzeyir bir neçə gün öncəki şousundan sonra növbəti mərhələyə adlayıb. Azərbaycanlı Çarli Çaplin kimi tanınan Üzeyir Novruzov yarımfinalda iştirak etmək imkanı əldə edib. Növbəti mərhələdə 21 iştirakçı yarışacaq. İştirakçılar arasında Üzeyirlə yanaşı bir neçə mahnı ifaçısı, sehrbaz, rəqqas və komediya ustası da var. 
 
Maraqlı görünüşü və xüsusi istedadı ilə bütün Amerikanın diqqətini çəkməyi bacaran azərbaycanlının son fotolarını sizə təqdim edirik:
 
ŞAHİN Həbibov
BAKU.WS