Flora Kərimova boğazından əməliyyat olunub - VİDEO

Flora Kərimova boğazından əməliyyat olunub - VİDEO
Video
Şou-biznes 606

"Səsimi böyük əziyyətlə geri qaytardım". Bu sözləri boğazından cərrahiyyə əməliyyatı olunan Xalq artisti Flora Kərimova deyib.

BAKU.WS xəbər verir ki, sənətkar bu barədə Xəzər TV-nin "5-də 5" proqramında danışıb.

Flora xanım zob xəstəliyindən əziyyət çəkdiyini və 4 ay əvvəl əməliyyat vasitəsilə bu problemi aradan qaldırdığını bildirib:

"Zob var idi. Getdim kəsdirdim. Sən demə o əməliyyatdan sonra oxumaq olmazmış. Əməliyyatdan sonra uzun müddət oxumadım. Olmazdı. İndi çox qorxa-qorxa oxuyuram. Repertuarı zənginləşdirirəm, amma təzə mahnıları qorxa-qorxa yazdırıram. Çünki özümlə savaşda idim, səsimi qaytarırdım. Çalışıram ki, indiyədək eşidilən Floradan geri qalmayım".

Son xəbərlər