SİZİN REKLAM BURADA!
055 213 76 73


Əməkdar artist Elza Seyidcahan atasını axtarır.

BAKU.WS xəbər verir ki, ifaçı Xəzər TV-də yayımlanan “Ay Zaur” proqramında uzun illər əvvəl Rusiyaya işləməyə gedən atasından xəbərsiz olduğunu bildirib:

"Atam "sezona" getdi. Kuybışevdə yaşadığını bilirdik. Sonuncu dəfə nənəm rəhmətə gedəndə gəlmişdi. Mən artıq konservatoriyada oxuyurdum, metrodan çıxanda rastlaşdıq. Ondan sonra atamı görmədim. Deyilənə görə, bir oğlu var, ona görə qayıtmayıb. Atamın qohumlarından çox soruşduq, bir söz deyən olmadı. Bizə atam haqqında bir xəbər versələr, çox minnətdar olaram. Sağdırsa, şox yaxşı, rəhmətə gedibsə, gətirək doğulduğu kənddə nənəmin yanında dəfn edək. Çünki mənim atam elinə-obasına çox bağlı idi".

Aysel
BAKU.WS
VİDEO