VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"İlhamə xanımın aurası insanı yorurdu. Deyirlər, insanlar var ki, vampirdirlər. Bir var, sənə müsbət enerji verir, bir də var, sənin enerjini alır. Hiss etdim ki, bu qadın mənim enerjimi alır və ondan uzaqlaşdım”. 

BAKU.WS xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan Xəzər TV-də yayımlanan “Ay Zaur” proqramında səsləndirib.

Sənətçi proqramın aparıcısı Zaur Kamalın xahişindən sonra mərhum Xalq artisti İlhamə Quliyeva ilə münasibətlərindən söhbət açıb:

“İlhamə Quliyeva mənimlə dalaşandan sonra yanında çalışan Faiq vasitəsilə xəbər göndərirdi ki, efirə çıxanda ona salam yollayım. Deyirdi, Elzanın xətrini çox istəyirəm, sadəcə, məni öyrətdilər ki, onunla dalaşım.
İlhamə xanım mənim bir zəngimə evimə gəlirdi. Uşaqlarımın toyunda iştirak edib. İlhamə xanım restoranlarda oturanda müğənnilərə zəng vurub yanına çağırırdı. Həmin müğənni mütləq gəlməli idi. Mən bu çağırışlara getmirdim. Çünki gedəndə də görürdüm ki, qeybət edib, sənətçiləri məsxərəyə qoyur. Müğənnilərə özünəməxsus şəkildə təxəllüslər verirdi, ətrafındakı insanlar da baxıb gülürdülər. Həmin qeybətləri təsdiqləməli, yalandan üzünə gülməli idim. Mən isə bunları edə bilmirdim".

Aysel
BAKU.WS
VİDEO