Müğənni Nurlan Əzizbəyli uçulma təhlükəsilə üz-üzə qalan evdə yaşayır.

BAKU.WS xəbər verir ki, ifaçı həyat yoldaşı Nərmin xanımla birlikdə kömək üçün ATV-nin "Bizimləsən" verilişinə müraciət edib. 

Əzizbəyli yaşadığı evinin vəziyyətini şərh edərkən göz yaşlarını saxlaya bilməyib:
"Artıq bıçaq sümüyə dirənib. İntihar belə etmək istəyirəm. Başqaları kimi fərqli yollardan pul qazanan sənətçi deyiləm. Ancaq sənətimlə qazanıb, xalqıma qulluq etmişəm. Toyxana müğənniləri kimi qaz vurub, qazan doldurmuram. Çarəsiz qalmışam. Hər anımız təhlükəlidir. Hər gün yuxudan sağ oyananda dua edirik. Evimiz başımıza uçur. Bizə yardım etsinlər, bu vəziyyətdən çıxaq.

Çox yerə müraciət etdim, nəticə olmadı. Mən də ailəmi gözəl yaşatmaq istəyirəm. İndi maddi durumumuz elə pisdir ki, yeməyə çörəyi güclə tapırıq. Allah şahiddir ki, düzünü deyirəm.

35 ildir sənətdəyəm, çox toya da getmirəm. Dövlət tədbirlərində yer alıram. Bura gəlməyə də utanırdım, amma çarəsiz qaldım. Heç vaxt heç kimin qarşısında əyilməmişəm, bu gün sınıram. İndiyə kimi qazandıqlarımı kənar yerə xərcləməmişəm, valideynlərimə baxmışam".

Nərmin xanım da danışarkən ağlayıb:

"Nurlan çox həssas və mədənidir. 3-4 il bundan əvvəl bu vəziyyəti üzə çıxarmamaq üçün ürək xəstəliyi tapdı. Sınan qadın olmamışam, məcbur qalıb verilişə gəldik. Nurlana dayaq olmuşam ki, dözək, bizim ailəmiz dağıla bilməz. Evimizin hamamı belə yoxdur. Bu evdə 20 ildir yaşayıram, yaşayardım da. Sıçovullar uşağın üstünə düşməsəydi, pəncərə qırılıb tökülməsəydi bura gəlib kömək istəməzdik".

BAKU.WS
VİDEO