SİZİN REKLAM BURADA!
055 213 76 73



Manana saçını heç vaxt boyamadığını, həmçinin imicində dəyişiklik etmək istəmədiyini bildirib.

BAKU.WS Publika.az-a istinadən xəbər verir ki, müğənni saçlarının gözəl görünməsini heç vaxt siqaret çəkməməsi, həmçinin spirtli içkidən uzaq olması ilə əlaqələndirib:

"Saçımı heç vaxt boyamamışam, heç düşünmürəm də. 17-18 ildir Azərbaycanda yaşayıram, hər gün saçımı fenləyirəm. Buna baxmayaraq, saçım öz təbii parıltısını itirməyib. İki övladım var. Onları həyata gətirəndən sonra bir müddət saçım tökülməyə başladı, amma sonra dayandı. Saçıma qeyri-adi qulluq göstərmirəm. Sadəcə, sağlam qidalanmağa çalışıram. Saç və dərinin necə görünməsi yeməkdən də çox asılıdır. Bundan əlavə, heç vaxt siqaret çəkməmişəm, spirtli içki içməmişəm. Dadını da bilmirəm. Hərdən deyirlər ki, "Manana gürcüsən, bir az çaxır iç”. Amma istəmirəm, spirtsiz də həyat gözlərimdə rəngarəng görünür. Siqaretdən və alkoqoldan uzaq qalanda üz də, orqanizm də, dişlər də sağlam olur”.
 
BAKU.WS