Karantin rejimini evdə bərabər keçirən məşhur cütlük bir-birinə nifrət etməyə başlayıb

Karantin günlərini günlərdir evə qapanan müğənni-aktrisa Selen Görgüzel və rejissor Hamdi Alkan cütlüyü bir-birinə nifrət etməyə başlayıb.
BAKU.WS xəbər verir ki, alış-verişə çıxan Görgüzel jurnalistlərin obyektivinə tuş gəlib və ona ünvanlanan sualları cavabsız qoymayıb.
2014-cü ildə İtaliyada ailə qurduğu Alkandan bəhs edən ifaçı həyat yoldaşının virusa yoluxmaqdan çox qorxduğu üçün 20 gündür evdən bayıra çıxmadığını deyib:
"Marketə də məni göndərir. Kuryer olmuşam. Bu ərəfədə bir-birimizdən nifrət etdiyimizi gördük. Sən demə, bizim xoşlamadığımız hərəkətlərimiz var imiş. Cütlüklərin bu qədər bir arada qalması çətindir. Tək çarə bəzi anlarda ayrı-ayrı otaqlarda tək qalmaqdır".
Oxşar xəbərlər
“Qayınana-qayınata ilə bir evdə yaşaya bilmərəm” – Avropa çempionu olan aktrisamız (EKSKLÜZİV MÜSAHİBƏ)
BAKU.WS-in budəfəki müsahibi aktrisa Gülşən Hüseynlidir. -Son çəkildiyiniz “Toydan sonra” serialı çox sevilir və izlənilir. Necə oldu ki, bu seriala dəvət aldın...
