SİZİN REKLAM BURADA!
055 213 76 73


Müğənni Çingiz Mustafayev astral səyahət edib.

BAKU.WS xəbər verir ki, musiqiçi bu barədə Murad Arifin "Popumuz var" layihəsində danışıb:

"Ruhani olaraq yaşamaq istədiyim çox təcrübələr var. Bunun üzərində çox ciddi işləyirəm. Ya axırda başım qaçacaq, ya da insan kimi çox möhtəşəm məqama yetişəcəm. 

Bu yaxınlarda məndə belə bir təcrübə oldu. Astral səyahət oldu. 3 həftə əvvəl, tamamilə təsadüfən baş verdi. Təbii ki, bunun haqqında çox oxuyuram, maraqlanıram, amma belə bir planım yox idi.  

Bu barədə danışmaq belə həyəcanlıdır. Çox irəliləməyə qoymadım, qorxdum və bədənimə qayıtdım. Ruhumun bədənimdə olduğunu hiss etdim, sanki Arafda idim.

İnsanların çoxu buna hazır deyil. İndi çoxu deyəcək ki, Çingizin başı qaçıb. Bu insanın özünü axtarışıdır. Astral səyahətdən sonra dərk etdim ki, insan ət parçası deyil və ölümdən sonra həyat davam edir. Bəlkə də, dindarlar belə mənim qədər buna əmin deyillər, amma mən 1000 faiz bilirəm ki, ölümdən sonra həyat var. Deyə bilmərəm, bu həyat nə şəkildədir, hələ təcrübəm yoxdur. 

Ateistlər deyirlər ki, insan öləndən sonra yox olur, qətiyyən belə deyil.   

BAKU.WS
VİDEO