Aygün Kazımova xəstəxanadan foto paylaşdı - Koronavirusmu? - FOTO

Aygün Kazımova xəstəxanadan foto paylaşdı - Koronavirusmu? - FOTO
Şou-biznes 5658

Xalq artisti Aygün Kazımovanın xəstəxana palatasından paylaşdığı fotosu ajiotaj yaradıb.

BAKU.WS xəbər verir ki, müğənninin "İnstagram"dakı paylaşımına "Əzizlərim, özünüzdən muğayət olun" şərhini verməklə kifayətlənməsi sevənlərini narahat edib.

Bəzi fanatları Aygünün səhhətində problem yarandığından narahatlıqlarını ifadə ediblər. Bəziləri isə hətta koronavirusa yoluxduğundan şübhələnib. Digər bir qisim isə səhnəmizin estetik-plastik əməliyyatlar kraliçasının yenidən gözəlləşmək məqsədilə bıçaq altına uzandığını yazıb.

Kazımova izləyicilərinin çoxsaylı suallarından sonra bu gün səhər "Şükürlər olsun, hər şey yaxşıdır" cavabını verib.

Son xəbərlər