SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Xalq artisti Aygün Kazımova məşhur "Daf Bama Music Awards 2016" musiqi mükafatının namizədləri siyahısına daxil olub. 

BAKU.WS məlumat verir ki, Aygün Kazımovanın namizəd olması haqda məlumatı "Daf Entertainment" şirkəti rəsmi Facebook səhifəsində yayıb. Müğənni "Ən yaxşı azərbaycanlı xanım ifaçı", "İlin ən yaxşı sənətçisi" nominasiyalarına namizəd göstərilib. 
 
Şirkətin Facebook səhifəsində xalq artistinin yaradıcılığı ilə bağlı məlumat da yer alıb. Kazımovanın 7 albomunun, 350 mahnısının və 50 klipinin olduğu qeyd olunub.

"Daf Bama Music Awards 2016" musiqi mükafatının təqdim etmə mərasimi 27 avqust tarixində Almaniyanın Hamburq şəhərində baş tutacaq.

Ayşən Ayxan 
BAKU.WS