ABŞ-ın Los-Anceles şəhərində ən böyük kino mükafatı "Oskar"ın təqdimetmə mərasimi keçirilib.
 
BAKU.WS məlumat verir ki, 88-ci ”Oskar” mükafatı sahiblərinə təqdim edilib. Mükafatı alanlar arasında Leonardo Di Kaprio da yer alıb. Di Kaprio ilk dəfədir "Oscar" mükafatını alır. O ən yaxşı aktyor naminasıyasına layiq görülüb. 
 
Bu hadisə xarici mətbuatla yanaşı sosial şəbəkələrdə də əks səda doğurub. Artıq uzun müddətdir Leonardonun "Oskar"ı alacağı ilə bağlı müzakirələr gedirdi. 
 
Qeyd edək ki, Leonardo Di Kaprio bundan əvvəl dəfələrlə "Oskar" mükafatına namizəd olsa da bu mükafatı qazana bilməmişdi.
 
BAKU.WS