VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Xəzər Tv" də yayımlanan "Hər şey daxil" verilişində bu səhər qalmaqallı məqam yaşanıb.

BAKU.WS big.az-a istinadən xəbər verir ki, veriliş zamanı Əməkdar artist, xanəndə Sevinc Sarıyeva canlı efirə telefon bağlantısı ilə qoşulub. Belə ki, xanəndə canlı yayımda şok açıqlamaları ilə diqqət çəkib:

"Mən bir məsələni açıqlamaq istəyirəm. Bilirəm, əslində çox böyük ittihamdır, amma mən sözümün arxasında dururam. Dəfələrlə şahidi olmuşam ki, kişi müğənnilər yanlarında apardıqları xanım müğənnini geri qaytarıb tələb edirlər ki, get, açıq paltar geyin! Ona görə demək istəyirəm ki, əksər kişi müğənnilər yanlarında apardıqları qadın müğənniləri satırlar. Axı bu hansı kişiliyə, hansı qeyrətə sığır?!"

BAKU.WS