“Qulağım eşidə-eşidə məni söyürlər, əhəmiyyət vermirəm” – Sərxan Kərəmoğlu – VİDEO

ARB TV-nin “Show News” verilişinin növbəti müsahibi aktyor Sərxan Kərəmoğlu olub.
Sadəliyindən söz açan Sərxan Kərəmoğlu bəzi həmkarlarından fərqli olaraq bir manatlıq çayxanalarda da oturduğunu, bəzən isə həmin yerlərdə xoşagəlməz hadisələrlə qarşılaşdığını bildirib:
“Mən bir masanın arxasında hər cür insanla otura bilərəm. Məni tanıyanlar bilir ki, heç nədən qorxum yoxdur. Mən sadə, bir manata çay verilən çayxanalara da gedib otururam. Çoxu mənə baxırlar, hətta söyüşlə də deyirlər ki, yox o deyil, o belə yerlərdə nə belə-belə eliyir… Qulağım eşidə-eşidə söyürlər, əhəmiyyət vermirəm.
Mən o sadə insanlardan müsbət enerji alıram. Daha bahalı yerlərdə oturan adamlardan isə mənfi enerji alıram, eləcə də pullu insanlardan mənfi enerji alıram”.
Oxşar xəbərlər
Prezident İlham Əliyevin REAL TV-yə müsahibəsinin TAM MƏTNİ + VİDEO (YENİLƏNİB)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 12-də REAL televiziyasının rəhbəri Mirşahin Ağayevə geniş müsahibə verib. AZƏRTAC müsahibəni təqdim...
