SİZİN REKLAM BURADA!
055 213 76 73


Prodüser və aparıcı Əliyev Tarıx dünən doğum gününü qeyd edən şairə Nazilə Səfərliyə rişxənd edib.

BAKU.WS xəbər verir ki, Toliki əsəbiləşdirən Səfərlinin təzəliklə işbirliyinə son qoyduğu müğənni Elton Hüseynəliyevlə dostluq etməsi olub.

Belə ki, Nazilə Səfərlinin doğum günü ilə bağlı təşkil etdiyi məclisdə Elton xanımı ilə birlikdə iştirak edib. Nazilə Eltonla birlikdə çəkdirdiyi şəkli "Biz ki varıq, ayrılmaz dostlarıq" şərhi ilə "İnstagram"da paylaşıb.

Onun gecə saatlarında paylaşdığı bu foto Toliki qıcıqlandırıb və 2 saat əvvəl Nazilənin estetik əməliyyatdan öncəki görüntüsünü paylaşaraq bu sözləri yazıb: 
"Dedim, doğum gününü təbrik edim, çünki sən həyatda ən gözəlinə Allah tərəfindən yox, həkimlər tərəfindən layiq olmusan! Eltondan da ayrı düşmə, hər zaman yanında ol! Bəlkə, arzuların çin olar. Özü də, ay yazıq qadın, Elton səni seçsəydi, dünən verilişində olardı. Yalandan deməzdin ki, guya Eltona təcili tibbi yardım gəlib. Təcili tibbi yardım elə əzizlərinə gəlsin!"

BAKU.WS