SİZİN REKLAM BURADA!
055 213 76 73


 
"Bu, yazıdır, həyatdır. Qətiyyən bunu işimlə bağlamaq olmaz. Düşünürəm ki, həyatımdakı ən gözəl addımdır. O nağıl mənim üçün bitməyib. O nağılın baş qəhrəmanı mənim oğlumdur. O nağıl ona görə heç vaxt bitə bilməz. Çox yaxşı ki, oğlumu elə bir insandan dünyaya gətirmişəm". 
 
BAKU.WS məlumat verir ki, bunu "V element" verilişində şəxsi həyatı ilə bağlı danışarkən Röya Ayxan deyib. O, keçmiş həyat yoldaşı ilə dost kimi ayrıldıqlarını bildirib:
 
"Keçmiş həyat yoldaşımla danışmırıq. Ayrılanda da çox sakit şəkildə ayrıldıq. Bir yerdə olanda Hüseyn bir dəfə də olsun bizim bir-birimizə qışqırdığımızı, səsimizi qaldırdığımızı eşitmədi. O indiyə kimi də elə bilir ki, biz küsmüşük, nə vaxtsa danışacağıq. Yəni elə ayrıldıq ki, arada hörmət itmədi. Bu günə kimi də ona olan hörmətim qalıb. Düşünürəm ki, onun da mənə hörməti hələ də var. Bu hər zaman da belə olacaq. Çünki o, çox gözəl insandır. Mən oğlumu gözəl bir ailədən dünyaya gətirmişəm. Buna görə də çox sevinirəm".
 
Qeyd edək ki, Röya Ayxan Anar Cəlilovla 2008-ci ildə ailə həyatı qurub. 2014-cü ildə cütlük ayrılıblar. Cütlüyün bu nikahdan Hüseyn adlı bir övladları var. 
 
Ayşən Ayxan
BAKU.WS