SİZİN REKLAM BURADA!
055 213 76 73


"Tanınmış sənət adamlarının, iş adamlarının çoxunun yanına getmişəm. Ərli qadınam, gözəl ailəm, üç övladım var. Mən sənət istəyirəm, əylənmək yox".  Bu sözləri 32 ildir sənətdə olan, lakin subyektiv səbəblərdən parlaya bilməyən Gülarə adlı müğənni deyib.  

BAKU.WS xəbər verir ki, o, ATV-nin "BizimləSən" proqramında dəstək üçün qapısını döydüyü insanlardan əxlaqsız təkliflər aldığını açıqlayıb:

"Bu oxumaq uşaqlıqdan mənə verilən bir vergidir. Səsimi bəyənməyən yoxdur. 8-ci sinifdən oxuyuram. Mənim efirdə parlamağım anamın-atamın ən böyük arzusu idi. Efirlərdə o qədər səsi olmayan, danışığıını-geyimini bilməyən sənət admları var. Məgər siz görmürsüz? Yaxşı müğənnilərin də adını batıran elə o müğənniciklərdir. Telekanal rəhbərləri məgər bunları görmür? Mənim pulum yoxdursa, kənarda qalmalıyam? Mən niyə görə səsimə görə pul verməliyəm?"

Xalq artisti Bəsti Sevdiyeva ona yumşaq şəkildə etirazını bildirib:
"45 yaşınız var, bu yaşadək sənətdə çox şey edilir. Bu sözləri 25 yaşında desəydin, bəlkə nəticəsi olardı."

Tanınmayan sənətçi özünə belə haqq qazandırıb:

"Demədim. Həmişə abrımı-həyamı, qadınlığımı gözlədim. İndi baxıram ki, gərək bu sənətdə bir az öz sözünü-geyimini bilməyəsən. Baxıb əsəb keçirirəm. Ailə həyatı qurdum, 17 ilimi ailəmə-uşaqlarıma həsr etdim".

BAKU.WS
VİDEO