055 213 76 73
BAKU.WS xəbər verir ki, Xoşqədəm "Səni axtarıram" proqramının Saratov şəhərindən olan ən fəal könüllü üzvü Mirdayan bəyin qayınatasının guya qayınanasına xəyanət etdiyini üzə çıxarıb.
1977-ci ildən orada yaşayan kişi guya 1978-ci ildə Lyudmila adlı xanımla münasibətdə olub və o xanımdan bir qızı doğulub. Hazırda Moskvada yaşayan qız "Səni axtarıram"a müraciət edərək atasını axtarır.
Kişi israrla Lyudmila adlı xanım tanımadığını və həyat yoldaşına heç vaxt xəyanət etmədiyini bildirir. Qadın da ərinin sözlərinə inandığını desə də, məyus olur.
X.Hidayətqızı qadının məyusluğunu görüb məsələni uzatmaq istəmir və belə bir söhbətin olmadığını deyir. 42 illik ər-arvad əl-ələ verərək sevinclə ondan uzaqlaşırlar.
Aysel
BAKU.WS
VİDEO