VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Xalq artisti İlhamə Quliyeva APA-ya müsahibə verib.

BAKU.WS həmin müsahibəni olduğu kimi təqdim edir:

- İlhamə xanım, əhvalınız necədir? Son günlər mətbuatda haqqınızda çox yazılır...

- Əhvalım superdir. Gündəmdəyəmsə, deməli, yaşayıram. Mən öz sənətimin padşahıyam, padşahın dalınca danışarlar. Bütün bunlar hamısı əvvəldən planlaşdırılıb, ssenariləşdirilib. Bu yazını yayan "Yeni Müsavat” qəzetinin mənimlə böyük ədavəti var. Mən başqa yolun yolçusuyam, onlar ayrı. Biz müxtəlif həyat tərzi yaşayırıq. Allah canlarını sağ eləsin, çox gözəl, süni kampaniya yaradıblar. Musiqimizə xidmətlərimə görə Ulu Öndərimiz məni "Şöhrət” ordeninə, prezident İlham Əliyev "Şərəf” ordeninə layiq görüb. İki dövlətin xalq artistiyəm. Üçüncü də başqa dövlətdən gəlir, onu gözləyirəm. Bilirsiniz necədi? Mən neçə gündür susuram. Gözlədim ki, qoy bu kal əzgillər haqqımda nə düşünürlərsə, desinlər. Bu da onların fikridir. Heç kimin fikrinə qarışmaq olmaz. Amma azadlıq, demokratiya o demək deyil ki, xaos yaratsınlar. Buna mənim dövlətim heç vaxt icazə verməyib, verməz də. Bu kampaniya ilə mənə yox, həm də mənim dövlətimə toxunurlar.

- Köməkçiniz Mehriban Hüseynovanın məktubu yayımlanıb. Bunu gözləyirdiniz?

- Keçmiş qulluqçum çox həyasız adamdır. Ondan hər şey gözləyirəm. O, şəhid bacısı deyil, amma yalandan deyir ki, şəhid bacısıyam. Onu müdafiə edənlər gedib arxivləri qaldırsınlar ki, doğrudan da qardaşı şəhid olub, ya yox. Təsəvvür edin, bu evdə ilyarım yaşayıb, mənə nə qədər dərmanlar veribsə, böyrəyim sıradan çıxmışdı. Həkimim Rəşad Şolanın təəccübdən gözləri bərəlmişdi ki, bu necə ola bilər? Çox ağır vəziyyətdə idim. Sağ olsun, həkimim məni həyata qaytardı. Onun murdar məktubundan sonra mənə kimlər zəng etməyib? Hər birinə özüm cavab vermişəm. Məsələn, jurnalistlər zəng edir ki, filan millət vəkili sizdən belə deyib. Mən heç o adamın adını da bilmirəm...

- Çingiz Qənizadəni deyirsiz?

- Hə. Onun adını dilimə gətirmək istəmirəm. Onun heç bir fikri mənim üçün əhəmiyyət kəsb etmir. Onun elə keçmişi var ki... Mən danışmıram. Vaxtilə efirdə onun barəsində deyiblər. O bilirsiniz bu işə niyə qarışıb? Guya parlamentdə oturub, nəsə iş görür. Sən oğrunu, canini müdafiə edirsən. Niyə? Sənin dəstəni mən yaxşı tanıyıram. Mən nəyə desəniz and içirəm ki, o məktubda yazılanların hamısı şər-böhtandır. Mənim dövlətim, prezidentim, xalqım var. Bu xalq məni sevir, iki-üç nəfər kriteriya deyil.

- İlhamə xanım, niyə sizin adınız hər zaman qalmaqallarda hallanır?

- Çünki İlhamə Quliyevə birinci deyil, ondan yuxarıdadır. Ondan sonra gəlir bir, beş və s. Hər kəs məni ziyarətə gəlir. O gün millət vəkilləri gəlmişdi.

- Kimlər?

- Məsələn, Elmira Axundova. Özü də haqqımda kitab yazır. Çoxları var, hamısını demirəm. Mənim haqqımda sənətçilərdən soruşun, bir-ikisindən başqa hamısı deyəcək ki, gözəl insandır. Amma bəziləri deyir, İlhamə Quliyeva hegamonluq edir. Mən evimdə hegamonam. Dediyim qanundur. Valideynlərimin vaxtında isə onlara tabe idim.

- Aygün Kazımova sizin ananız haqqında yazmışdı...

- Bir dəqiqə. Deyim bu söhbət haradan qaynaqlanır. Neçə illərdir mənim Flora Kərimova ilə münasibətim yoxdur. Baxmayaraq ki, sənətinə hörmətim var, bu, ömrümün axırına qədər də belə olacaq. O gün deyib, İlhamənin yeri xəstəxanadır. Get, bir özünə, xarici görünüşünə bax da, ay Flora. Məndən nə istəyirsən? Sən mənim nənəm yaşındasan. Bir neçə il qabaq fikirləşdi ki, məni nə ilə gözdən salmaq olar? Başladı danışmağa ki, guya mən anamı döyürmüşəm. Əstəğfürullah, bu nə sözdür. Bundan pis söz, acınacaqlı dərd yoxdur. Mən də onu məhkəməyə verdim. Neçə illərdir danışır, söyür, deyinir, fikir vermirəm. Düşünürəm ki, mənə çata bilmir, içi yanır. Amma anama toxunanda dedim, yox, bunu bağışlamaq olmaz. Məhkəməni uddum. Anama gözümün yağını yedirtmişəm. Ona deyirdim, mən ölüm, sən qal. Həbib müəllimin oğlu olmadığı üçün onun tabutunun altına mən girmişəm. Anamı da çiynimdə aparmışam, dəfn eləmişəm. (Ağlayır). Anam o qədər gözəl insan idi... Nə isə. Məhkəmədə Floranı uddum, amma təzminatı almadım. İndi gəlirəm Aygünün məsələsinə. Aygünün mənimlə gözəl münasibəti var. Qulluqçumu evdən aparanda Aygün zəng vurdu ki, karaleva, gecə səhərəcən yatmamışam, bu nə məsələdir, ürəyim ağrıyır, nə yaxşı vaxtında xəbər tutmusunuz? Xəstəxanada yatanda zənbil göndərmişdi. Yaxşı bəs o dediyin nə idi? Çox qəzəbləndim. Məlum oldu ki, bir sayt mənim adımdan müsahibə verib ki, guya senzuradan kənar sözlər demişəm. Heç vaxt cəmiyyətə, dördüncü hakimiyyətə o sözləri demərəm. Ən ağır sözüm axmaqdır. Demə, həmin sayt mənim dilimdən Aygün haqqında belə sözlər yazıb. Aygün ona görə belə qəzəblənib. Yaxşı edib, amma... ana məsələsinə toxunmaq olmaz.

İndi Elzadan danışım. Zəng vurdular ki, bizim "böyük şairimiz” Elza Seyidcahan sizin haqqınızda şeir yazıb. (Gülür) Oxumaqdan bir şey çıxmır, indi də şeir yazır. Yazsın, Elza gözəl musiqiçidir, amma demişəm, sən oxuma, yaz, qoy oxusunlar. Şeiri oxuyandan sonra dedim ki, çox gözəldir, yəqin özünə, qızına, anasına ithaf edib. Onu da məhkəməyə vermək istəyirdim, amma etmədim. Allahın məhkəməsinə verirəm. Mən Allah adamıyam, Allahla gecə-gündüz söhbət edirəm. (Ağlayır). Mənim Allahım böyük Allahdır, görün mənə sataşanlar nə çəkəcəklər. Anaya toxumaq olmaz. Bu sözü Flora kimi o adamlar yayıb ki, onlar ana nəvazişi, ana tərbiyəsi görməyiblər.

- Baş prokurora olan müraciətdən sonra sizinlə əlaqə saxlayan olub?

- Elə bir adamı ömründə azadlığa buraxmazlar. Onun on il işi var idisə, beş il də üstünə gəldi. O bilirsiniz neçə adamın evini yıxıb? İki nəfər məşhur adamın evində qulluqçu çalışıb, pullarını da oğurlayıb, özlərini də MTN-ə təhvil verib. 50 manata, kontur puluna belə işlərlə məşğul olurdu. İki tanınmış şəxsi belə tutdurub. Bir alfons əri var, pul verirdim ki, özünə siqaret alsın, dolansın. Moskvadan dostlarım kolbasa, sosiska, yağ göndərirlər, deyir, İlhamə reketdir, ona pay gəlir.

- İstəyirəm bu reketlik məsələsi haqqında geniş danışaq... 

- Nə danışırsan? Məndən belə şey gözləyirsən? Qurana and içirəm ki, belə yolun adamı deyiləm. Sadəcə, dostlarım mənə pay, hədiyyə göndərir. Mənim hər şeyim var. Cənab prezident mənə ev, bağ verib. Heç nəyə ehtiyacım yoxdur. Valideynlərim hər şey qoyub gedib. Prezident təqaüdü alıram, maaşım var. Ay başına dönüm, nə reketlik? Pulu su kimi xərcləyirəm. Elə gün olub, pulum olmayıb. Reketin də pulu olmaz?

- Aylıq xərciniz nə qədərdir?

- Əlimə aylıq 5000 pul gəlir. Prezident təqaüdü, maaş alıram, bankda bir az pulum var, faizini alıram.

- Nə əcəb biznesiniz yoxdur?

- Ömrümdə fikrimdən keçməyib. İnanın, balaca bir dükanım da yoxdur. Qayıdaq Elzaya. Mehriban Elza ilə də işləyib. Elza zəngin qadınla dostluq edirmiş, Mehriban da o evə gedib-gəlirmiş. Həmin evdən böyük miqdarda zinyət əşyaları itib. Mehriban deyirdi, Elza oğurlayıb, Elza deyirdi, Mehriban. Sonra da aralarında başqa söhbətlər olub.

- Oğlunuzun dostunun tutulmağından xəbəriniz var?

- Xəbərim var, amma bilmirəm, nə məsələdir. Allah köməyi olsun. O elə uşaq deyil. Anası ilə danışıram, ağlayır.

-Sizin Hacı Məmmədova şəkliniz dərc olunub...

- Hacı Məmmədov zamanında bütün sənət adamları ilə dost idi. Anam Qarabulağa getməyi çox sevirdi, tez-tez gedirdik. Hacı Məmmədovun iki yoldaşı var idi, hər ikisi ilə dost idim. Şəkillərim çoxdur. Bir dəfə müxalifət qəzetlərindən birində şəklimiz çıxdı, zəng vurdum ki, o nə şəkildir, mənim evdə daha yaxşı şəkillərim var, göndərim, onları ver. (Gülür). Mən nə bilim ki, o nə işlərlə məşğul olub. O tutulanda tanıdığı bütün sənət adamlarını istintaqa çağırdılar, məndən başqa. Sən demə, orda hər şey çəkilirmiş. İlhamədən heç nə tapa bilmədilər.

- Məhkəmədə Mehriban Hüseynovanı bağışlamanız ola bilərmi?

- Bağışlamaq söhbəti yoxdur. O məni öldürmək istəyib.