SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Tanınmış müğənni Nadir Qafarzadə maraqlı açıqlama verib.

BAKU.WS məlumat verir ki, musavat.com-a açıqlama verən müğənni iqtisadi böhranın ona da təsir etdiyini bildirib:

"Dəvət aldığım toy yoxdur. Bu, o demək deyil ki, dünyanın axırı gəldi. Əsas odur ki, salamatlıqdır, ölüm-itim yoxdur, doğmalarımız yanımızdadır. Biz müharibə illərini, qardaşın qardaşa güllə atdığı vaxtları yadımıza salaq. Hazırda bunlar yoxdursa, azad şəkildə yaşayırıqsa, bu, hər şeyə dəyər.

Bu yaxınlarda Moskavada idim. Orada inflyasiya bilirsiniz, necə gedir? Bizdə böhran neçə ildən sonra oldu. Rusiyada xarici valyutanın qalxması və yerli valyutanın enməsi onlara nə qədər təsir etsə də, veclərinə deyil. Bildirirlər ki, həyat davam edir, yaşamağa dəyər.

Bizdə insanlar tez ruhdan düşürlər. Elə bilirlər ki, dollar qalxıbsa, həyat bitib. Bu sözlərimdən sonra düşünə bilərlər ki, "Nadirin nə vecinədir?

Əlbəttə, böhran məni də narahat edir, problemlərim var. Amma problemlərimi özüm həll etmək istəyirəm, kimisə yormaq istəmirəm. Bizim problemlərimiz adi insanlardan da çoxdur. Əziz millətimiz, hər zaman şükür edək, bu, bir imtahandır. İstanbulda idim, Türkiyə türklərinin bir ifadəsi çox xoşuma gəldi: "İstanbul elə bir şəhərdir ki, burada hər kəs işləməlidir”. Nadir Qafarzadə işləyib, bütün nəsli dolandırmalı deyil. Ailənin bütün üzvləri evin büdcəsinə yardım etməlidir".

Övladlarını evləndirmək istəyindən söz açan sənətçi onlara el adəti ilə qız tapmaq istədiyini deyib:
 
"Mən övladımın internetdə tanış olduğu qızla evlənməsinin əleyhinəyəm. Amma internetdə tanış olduğu xanımla evlənənləri də qınamıram. Çünki hər kəsin fikrinə hörmətlə yanaşıram. Mən övladımı dədə-baba adəti ilə evləndirmək istəyirəm. O ənənəni itirməyək. Biz Avropalaşa bilərik, amma gərək adət-ənənəmiz dəyişməsin”.

Qeyd edək ki, Sevinc adlı xanımla evli olan sənətçinin iki oğlu var.
 
BAKU.WS