VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Afət Fərmanqızı ARB-də yayımlanan “Elgizlə izlə” verilişinin qonağı olarkən sevgilisi Hacı Rafətin görüntülərinin efirdə yayımlanmasına əsəbiləşib.

BAKU.WS
xəbər verir ki, sevgilisinin fotolarını efirdə görən ifaçı hirslə ayağa qalxaraq etiraz edib:

"Sizə demişdim ki, o şəkillər efirə getməsin. Adam müğənni deyir, niyə dəqiqədə bir onun adını hallandırırsız? Ümumiyyətlə, bu mənim şəxsi məsələmdir, kimə nə?!

Mən sizin prodüserlə danışdım ki, hacının şəkli efirə verilməsin. Dedi, yaxşı. İş danışıqdan keçər. Niyə görə mənə qarşı bu hörmətsizlik edilir?"

Elgiz Əkbər onun etirazına etirazla cavab verib: "Sizin gələcək həyat yoldaşınızın şəkilləri hər yerdə var. Biz heç bir qanunu pozmuruq. Siz də, o da artıq ictimai şəxssiz".

Aysel
BAKU.WS
VİDEO