Müğənni Kərim Abasov və teleaparıcı Elçin Əlibəyli arasındakı düşmənçilik yenidən alovlanıb.

BAKU.WS
xəbər verir ki, Əlibəylinin Maral Tahirqızıdan üzr istəməsi Abasovu dilə gətirib.

İfaçı "İnstagram"da teleaparıcıya həsr etdiyi paylaşımında təhqirlərə belə yol verib:

“İnsana deyərlər ki, bir qələti edə bilmirsənsə, etmə. Reytinqə görə kimisə vurmaq sənin çoxdankı adətindir. Yadından çıxmayıbsa, məni də köhnə dostunla elə vurmuşdun. Həmin çəkilişlər məndə var.

Öz altındakı vannanı görmürsən, camaatda vedrə axtarırsan. Çox bƏdbƏxt, xain insansan... Çox yaxırsan özünə... Adamı belə sındırarlar. Nanənin doğum günündə “Sarı gəlin”i erməni dilində oxumuşdun. Sonra da dedin ki, erməni mahnısıdır. Bu millətin çörəyi sənin burnundan gəlsin. Bir həftə sonra səni ATV kanalından bayıra atdılar. ATV-də oyunlar çıxarırdın, özünü alim dərəcəsində göstərməyə çalışan insan, bəlkə insanlıq dərəcsini oxuyub, alim olasan? Birini alıb boşadın, bədbəxt elədin. İkincisinin sənin kim olduğundan xəbəri var?

O gün bir dostum sənin haqda nələr danışdı. Başa düşdüm ki, sən mozaxistdən. Hər halda nə dediyimi anladın. Yadına gəlir, mənimlə prodüser kimi işləmək istəyirdin. Notariusda müqavilə də bağlamışdıq. Mənə şərt qoydun ki, ya Təranə, ya da mən. Mən Təranəni seçdim. Çünki o zaman sənin niyyətini və əslində kim olduğunu anlamışdım...

Amma cox heyif ki, sən göründüyün kimi deyilsən. Səndən cavab gözləyirəm, sonra isə bütün respublika biləcək ki, əslində sən... Vay vay vay. Kef elə, etdiyin yaxşılıqlardır qabağına çıxır. Yetimin Allahı yoxdur? Lalə Məmmədovadan da tez üzr istə. Ona görə ki, sənin girdiyin kol deyill...

Ermənistanda doğulub, Ermənistanda yaşayıb, erməni çörəyi yeyən Elçin... Ayıl bala, sən Azərbaycanda azəri çörəyi yeyirsən. Kafir insan. Allahını belə tanəmayan və ateist olan bir adam. Gör kimlər efirə çıxır?!

Sənin haqqında, çıxardığın oyunlardan kitab yazmaq olar. Ağıllı ol, mozaxist! Gör sən məni necə yandırmısansa, üstündən 12 il keçib, hələ də mənim içim soyumur. Ölənə kimi də soyumayacaq. Axirətdə 2 əlim yaxandadı. Halal etmirəm sənə Elçin Elibəyli!"

Aysel
BAKU.WS


QALEREYA