SİZİN REKLAM BURADA!
055 213 76 73



Vaxtilə ər-arvad olan və qalmaqallı şəkildə boşanan müğənni Kərim Abasovla prodüser Təranə Səmədova arasındakı dava bitmək bilmir.

BAKU.WS
xəbər verir ki, məşhurlar hər fürsətdə bir-birlərinin ünvanına kəskin ifadələr işlədirlər.

Qarşı tərəfi birdəfəlik susdurmaq istəyən Kərim Təranəyə cinayət işini xatırladaraq, prodüserin qadın alveri ilə bağlı mətbuatda yayılan xəbərlərdən birini "screen" edərək bu sözlərlə paylaşıb:

“İnsanın bu qədər cinayətləri ola-ola necə efirə çıxıb məndən danışa bilər? Ay xala, bir öz altındakı vannanı görmürsən, məndə iynə axtarırsan? Əvvəlin diplom alverçisi, sonra oldun insan alverçisi, indi də maşın alverçisisən. "Alverçi" kəlməsini bu qədər dəyərsiz etmə. Sən hara gedirsənsə, ora pis günə qalır. O vaxtlar belə bir meyxana kəlməsi vardı; Səni aləm tanıyır, məşhur adam Ziba. Sənin kimi məşhur "alverçini" efirlər hansı ağılla dəvət edir, bilmirəm? Çıxıb efirdə məndən olmayan şeyləri danışmaqdansa, otur balana tərbiyə ver. Onun gözünü kölgəli eləmə. Bu dünya niyə dağılmır görəsən?

Mənə gələndə isə... Ailəm, övladım, xanımım, atam, anam, qeyrətim, namusum yanımdadır. Mənə görə narahat olma. Amma yenə də sənə pislik arzulamıram. Allah qapını açsın və sənə ağıl versin”.

Zülfiyyə Qurbanova
BAKU.WS