SİZİN REKLAM BURADA!
055 213 76 73



Space TV-də səhər canlı yayımlanan “Onda başladıq” verilişində qonaq olan xalq artisti Baloğlan Əşrəfov sənətşünaslıq üzrə fəlsəfə doktoru, aparıcı Elçin Əlibəylinin başını kəsməklə hədələyib.

BAKU.WS xəbər verir ki, iki məşhurun arasında canlı efirdə gərgin anlar yaşanıb. Baloğlan Əşrəfov söylədiyi bu sözlərə görə peşman olmadığını dilə gətirib:

“Elçinlə 10 il əvvəl qalmaqalımız olub. Artıq yaddan çıxan o söhbəti Elçin yenidən gündəmə gətirib mənə dedi ki, o vaxt sizinlə aramızda problem olanda Rusiyadan bir nəfər zəng edib, məni hədələyib. Deyib ki, sənin başını kəsərəm. Mən də ona qayıtdım ki, köhnə palan içi tökməsin, mən heç kimi öyrətməmişdim belə söz desin. O da daha da qızışdı, mən əsəbiləşdim. Dedim elə, buna görə də sənin başını kəsmək lazımdır. Sözün düzü, onun atmacısından boğaza yığılmışdım. Verilişdən sonra o mənə yaxınlaşdı, münasibətlərimizə aydınlıq gətirdi. Hər halda o köhnə söhbəti ortaya atmalı deyildi. Demişəm, əcəb eləmişəm”.

Verlişdə yaşanan gərgin anları sizə təqdim edirik:

Rəşad Əliyev
BAKU.WS