60 yaşlı aktyorun ölüm səbəbi açıqlandı
Yeniliklərdən dərhal xəbərdar olun
Evində ölü tapılan Hollivud ulduzu Piter Qrinin ölüm səbəbi açıqlanıb.
BAKU.WS xəbər verir ki, Nyu-York Tibb Ekspertizası idarəsindən verilən açıqlamada bildirilib ki, Qrinin sol qoltuqaltı nahiyəsində güllə yarası və qolun əsas damarının zədələnməsi səbəbindən öldüyü müəyyən edilib.
Aktyorun ölümü qəza kimi qiymətləndirilib.
Qeyd edək ki, Piter Qrin 12 dekabr 2025-ci ildə Nyu-Yorkun "Lower East Side" bölgəsindəki evində ölü tapılıb. Acı xəbəri məşhur aktyorun meneceri Qreqq Edvards təsdiqləyib.
Məlumat üçün bildirək ki, 15 yaşında evdən qaçaraq Nyu-York küçələrində yaşayan Piter Qrin bu müddət ərzində pis vərdişlər qazanıb. 1990-cı illərin ortalarında aktyorluğa başlayan ulduz bunu illər sonra etiraf edib.
Qrin "Pulp Fiction" filmləri ilə şöhrət qazanıb.
"The Usual Suspects", "Training Day", "Laws of Gravity", "Clean, Shaven" və "Blue Streak" kimi bir çox layihədə rol alan məşhur aktyor 1996-cı ildə intihara cəhd etdikdən sonra öz asılılıqlarından müalicə alıb.
Qalereya
Oxşar xəbərlər
32 yaşlı opera müğənnisi atasının 73 yaşlı dostu ilə evləndi
Honkonqda tanınmış opera müğənnisi Yemina Yu Çun-yan özündən 41 yaş böyük, keçmiş siyasətçi Lo Vay Kvokla ailə həyatı qurub. BAKU.WS xəbər verir ki, "AsiaOne" n...