Meyxanaçı Namiq Qaraçuxurlu vaxtı ilə İranda ona qadağa qoyulduğunu açıqlayıb. 


BAKU.WS-in məlumatına görə, ifaçı İrandakı konsertindən qısa görüntü paylaşaraq başına gələn maraqlı əhvalatdan söz açaraq Zəncanda qadağalarla üzləşdiyini qeyd edib:

"2003-cü il, Zəncan şəhərində stadion konsertinin ikinci günü. Xatırlayırsınızsa, birinci günün görüntüsünü paylaşmışdım. Konsertin ilk günündə insan izdihamını, qarışıqlığı görən İran rəsmiləri mənə oteldən çıxmaq qadağası qoydular. İkinci konserti isə ləğv etmək qərarına gəldilər. Oteldən çıxmaq qadağasıyla razılaşsaq da, konsertin ləğvini heç cur qəbul etmədik. Uzun sürən müzakirə və mübahisələrdən sonra sağ olsunlar bizi başa düşdülər və konsertə icazə verdilər, yalnız bir şərtlə: Ən xırda hərəkət belə baş versə, dərhal səhnəni tərk edəcəm. 

Nəzərə alsaq ki, İran adət və ya qanununa görə səhnədə hətta qol qaldırıb rəqs etmək də qəbahət sayılır. Demək bizim adi saydığımız ən bəsit bir şey orada təhlükə kimi görünə bilər. Xülasə, ikinci gün konsertinə məhdud sayda insan buraxılsa da, bir neçə dəfə tamaşaçıyla ünsiyyətə görə xəbərdarlıq aldıq və gördüyunuz görüntüdə konsertin sonu gəldi. Sonra isə mənə oralara getmək qadağası ömürlük qoyuldu. İllər sonra, yəni yaxın keçmişdə bu qadağanı ləğv edənlərə dərin təşəkkürümü bildirirəm. Son Tehran konsertində isə qadağaların nisbətən azaldığının şahidi oldum".

BAKU.WS