SİZİN REKLAM BURADA!
055 213 76 73



Türk telekanallarının izlənmə rekordu qıran məşhur serialı "Çukur"un sonuncu bölümündə Türk teatr və kino aktrisası Ayşen Qruda anılıb.

BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, serialın 50-ci hissəsində məşhur aktrisa yad edilib. Serialda kadrların birində divarda aktrisanın şəkili çəkilib. Şəkilə isə "Cennete gidecekmiş iki gözümün çiçeği", - deyə şərh verilib.


Qeyd edək ki, yanvarın 23-də türk teatr və kino aktrisası Ayşen Qruda 74 yaşında dünyasını dəyişib. Bir müddətdir reanimasiyada olan aktrisa vəfat edib.

Xatırladaq ki, Ayşen Qruda 22 avqust 1944-cü ildə İstanbulda dünyaya gəlib. "Pomidor gözəli" ləqəbi ilə tanınır. Yeşilçamın bir çox filmində Şener Şen, Kemal Sunal ve İlyas Salman kimi aktyorlarla birlikdə rol alıb.

Cavid Babayev
BAKU.WS