SİZİN REKLAM BURADA!
055 213 76 73



Xalq artisti Nazpəri Dostəliyeva Aşıqlar Birliyinə üzv seçilib.

BAKU.WS xəbər verir ki, sənətçi bu barədə "Instagram" hesabında məlumat verib.

“Saz sənəti atam Aşıq Əhmədəlinin mənə sevdirdiyi, ruhuma, qanıma qarışan bir sənətdir. Bu gün Azərbaycan Aşıqlar Birliyinin sədri, professor Məhərrəm Qasımlının təşəbbüsü ilə birliyin üzvü oldum. Sevincliyəm”, - deyə Nazpəri yazıb.

Qeyd edək ki, Nazpəri Dostəliyevanın mərhum atası Əhmədəli Dostəliyev Şirvan aşıq məkətəbinin tanınmış nümayəndələrindən biri olub. 

BAKU.WS

Əhmədəli Dostəliyev