SİZİN REKLAM BURADA!
055 213 76 73



Azərbaycanın xalq artisti Nazpəri Dostəliyevanın evindən oğurluq olub.

APA-nın məlumatına görə, hadisə avqustun 19-da qeydə alınıb. N. Dostəliyevanın Nərimanov rayonu, Yusif Vəzir Çəmənzəminli küçəsi 15 ünvanında yerləşən evindən içərisində pul və sənədlər olan seyf oğurlanıb.

Xalq artisti bu barədə polisə məlumat verib.

Faktla bağlı Nərimanov rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Hadisə ilə bağlı N. Dostəliyevanın özündən məlumat almaq mümkün olmayıb.

BAKU.WS