VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Müğənni Rəqsanə İsmayılovanın yenicə dünyaya gətirdiyi əkizlərindən biri hələ də xəstəxanadadır. 

BAKU.WS xəbər verir ki, bu haqda onun müğənni qızı Aysun İsmayılova məlumat verib. 

ATV-də yayımlanan "Zaurla Günaydın" verilişində qonaq olan Aysun körpənin hazırkı vəziyyəti haqda bunları deyib: 

"Hələ xəstəxanadadır. Bir az zəifdir. Deyirlər, çox vaxt əkizlərdə belə olur. Qız Maşallah yaxşıdır, amma oğlan hələ ki, zəifdir". 

Qeyd edək ki, Rəqsanə 7 aylığında doğulan əkizlərinə Mihrimah və Muhamməd adını qoyub.

BAKU.WS