SİZİN REKLAM BURADA!
055 213 76 73



Türkiyənin məşhur aktyoru Metin Akpınar barəsində ibtidai araşdırmaya başlanılıb.

BAKU.WS “haberturk”ə istinadən xəbər verir ki, İstanbul Anadolu Baş prokuroru tanınmış aktyor barəsində araşdırmaya başlayıb.

Baş prokurorluğun ittihamına görə, Metin Akpınar “Halk TV-də yayımlanan verilişdə çıxış edərkən xalqı itaətsizliyə və çevrilişə çağırıb. Bildirilib ki, aktyor 21.12.2018-ci il tarixli verilişdə iştirak edib.

O, verilişdə Türkiyə Cümhuriyyətinin başçısını hədəf alıb. O, xalqı ayağa qalmağa təşviq edib v ölkə başçısına qarşı çevriliş xarakterli fikirlər səsləndirib.

Bu fikirlər səslənəndən sonra Metin Akpınar və vəkili İrem Hekimoğlu mətbuata açıqlama yayıb. Açıqlamada bildirilib ki, səslənən fikirlərin heç bir əsası yoxdur.

“Təəssüf ki, “Halk TV-də yayımlanan verilişdə səslənən fikirlər düz anlaşılmayıb və konteksdən çıxarılıb”, - deyə aktyor bildirib.

O, vurğulayıb ki, fikirləri yanlış anlaşılıb. Metin Akpınar qeyd edib ki, fikirlərini cəmiyyətə səhv çatdırın Kütləvi İnformasiya Vasitələrini məhkəməyə verəcək.

Bu gün səhər saatlarında Metin Akpınar və vəkili prokurorluğa çağırılıb. Onlar ifadə veriblər.

Ziya SƏCCAD
BAKU.WS