Tanınmış yazıçı Orxan Fikrətoğlunun kitabı Türkiyə türkcəsində tərcümə olunub.

 

BAKU.WS məlumat verir ki, tanınmış yazıçı, publisist Orxan Fikrətoğlunun "Ölü Mətin" kitabı Türkiyə türkcəsinə tərcümə olunub. 

 

Kitabı Türkiyənin mədəniyyət ataşesi Fethi Qedikli tərcümə edib. Aksarayda Təhsil və Sosial Kömək Vəqfində təşkil edilən təqdimat mərasiminə bir çox görkəmli yazar və şairlər qatılıb.

 

Mərasimdə çıxış edən Orxan Fikrətoğlu əvvəllər də Türkiyədə kitablarının çap olunduğunu deyib:

 

"Azərbaycan həqiqətlərini mənim dilimlə, mənim kültürümlə, mənim baxışımla başa düşülməsini çox istəyirəm. Bu zamana qədər həm Azərbaycandan Türkiyəyə, həm də Türkiyədən Azərbaycana gələn ədəbi məhsullar kifayət etmir. Ona görə də daha çox çalışmaq, yazmaq lazımdır" -  deyə müəllif bildirib.

 

Ayşən Ayxan

BAKU.WS