SİZİN REKLAM BURADA!
055 213 76 73



Bursada FETÖ/PYD-nin üzvü olmaqda günahlandırılaraq barələrində cinayət işi açılan ər-arvadın planı ifşa olub.

BAKU.WS
-in Türkiyə mətbuatına istinadən verdiyi məlumatına görə, düz 2 ildir Türkiyə hüquq mühafizə orqanlarından qaçmağı bacaran Metin T. ilə Rümeysa T. məhkəmə qərarı ilə fərari elan edilib.

Qadın bu müddət ərzində həbsxanadan qurtulmaq və şərti cəza almaq üçün hamilə qaldıqdan sonra üzə çıxıb. Rumeysa məhkəmədə həyat yoldaşından xəbərsiz olduğunu, onun harada gizləndiyini bilmədiyini söyləyib.  

Hakim qadının hamiləliyinə işarə edərək, "2 ildir ərin yoxdur, sən necə hamilə qaldın? Uşaq kimdəndir?"- deyə soruşub. Hakimin sualından özünü itirən qadın belə cavab verib: "Uşağım ərim Mətindəndir. Bir gecə qəfildən gəldi".

Məhkəmənin ardından Metin T. Bursa polisi tərəfindən saxlanılıb. Rümeysa T. isə yenidən qaçıb gizlənib.

BAKU.WS