54 ildən sonra ailələrini Facebook-dan tapdılar

54 ildən sonra ailələrini Facebook-dan tapdılar
Şou-biznes 851

 

Amerikalı bir ailə tərəfindən övladlığa götürülən əkizlər 54 il sonra gerçək ailələrini tapa biliblər.

BAKU.WS məlumat verir ki, 1960-cı ildə İtalyanın Palermo şəhərində bir ailənin əkiz uşaqları kimi dünyaya gələn Mariya Konketta Valenziano ve Anna Mariya Valenziano Bennet və Lisa Kiler bacıları anaları doğuşdan bir müddət sonra vəfat etdiyi üçün amerikalı ailəyə övladlığa verilib. Əkizlər 54 ildən sonra İtaliyadakı ailələrini Facebook vasitəsi ilə tapa biliblər.

Əkizlərdən Bennet gerçək ailələrini axtardıqları müddətdən danışıb:

"Gerçək atamızın bizi övladlığa vermək istəmədiyini öyrəndik. Uşaq evi atamızı sənədləri imzalaması üçün məcbur edib və 18 aydan sonra atam sənədləri imzalayıb.  Övladlığa verildiyimiz ailə bizim üçün çox pul ödəyib. Biz də neçə ildir pula görə övladlığa verildiyimizi düşünmüşük. Amma həqiqət başqa imiş."

Bennet bildirib ki, övladlığa verildikləri uşaq evi 1967-ci ildə bağlandığı üçün ailələrini tapmaqda çətinlik çəkiblər. Ancaq onları övladlığa götürən ailə gerçək ailələrinin İtalyan olduğunu deyiblər:

"Bizi övladlığa götürən ailə İtalyan olduğumuzu, soyadımızın Valenziano olduğunu demişdilər. Uşaqkən telefonun yaddaş kitabçasında Valenziano soyadını axtarardım, lakin bir çox Valenziano soyadlı adam vardı. 2000-ci ildə bir məktub yazdım və Palermoda bu soy adlı birilərini tanıyıb tanımadıqlarını və mənə məlumat verib verə bilməyəcəklərini soruşdum. Lakin heç kimdən cavab ala bilmədim".

2005-ci ildə Facebookda hesab açdığını söyləyən Bennet, 10 il boyunca qardaşlarını axtardığını və nəhayət 2014-ci ildə qardaşı oğlu Alessandro Valenzianonun hesabını tapa bildiyini deyib.

Qardaşı oğlu Alessandronun 1 il ərzində yazdığı mesaja cavab vermədiyinə toxunan Bennet, qardaşı Covaniyə mesaj yazdığını və bir saat sonra cavab aldığını qeyd edib.

Əkiziylə birlikdə İtaliyada olan 3 bacılarını və 4 qardaşlarını görmək üçün aprel ayına bilet aldıqlarını deyən Bennet, qardaşlarıyla davamlı Facebook və Skaypda danışdıqlarını bildirib.

Oxşar xəbərlər

Son xəbərlər